...

Amnistiya ilə bağlı məsələ Milli Məclisin müvafiq komissiyalarında baxılıb

Siyasət Materials 12 May 2006 17:15 (UTC +04:00)

Aministiya və əfvlə bağlı məsələləri yenidən gündəmə gətirib həyata keçirmək lazımdır. Trend xəbər verir ki, bu barədə millət vəkili Pənah Hüseyn Milli Məclisin mayın 12-də keçirilən iclasında bildirib.

Millət vəkili onu da qeyd edib ki, 150-ə qədər insan şərti məhkum olunaraq ölkəni tərk edə bilmir, iqtisadi fəaliyyət göstərə bilmir və s. P.Hüseyn hətta 2003-cü il prezident seçkilərindən bir gün sonra 16 oktyabrda Bakıda törədilən qarşıdurmada təqsirli bilinərək həbs edilən insanların da azadlığa buraxılması ilə bağlı fikirlər səsləndirib.

Milli Məclisin sədri Oqtay Əsədov P.Hüseynin qaldırdığı məsələyə münasibət bildirərək qeyd edib ki, parlamentin müvafiq komissiyaları bu istiqamətdə öz işlərini yekunlaşdırıb. Yaxın günlərdə bu məsələ millət vəkillərinə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti