...

Arif Məmmədov: Cənubi Qafqazda sabitlik paktı ilə bağlı müzakirələr maraqlı olub

Siyasət Materials 12 May 2006 18:06 (UTC +04:00)
Arif Məmmədov: Cənubi Qafqazda sabitlik paktı ilə bağlı müzakirələr maraqlı olub

Mayın 12-də Belçika senatında Avropa Şurası Siyasi Komitəsinin təşəbbüsülə Cənubi Qafqazda sabitlik paktı müzakirə olunub. Bu barədə Trend ə Azərbaycanın Benelüks və Avropa Birliyi ölkələrindəki səfiri Arif Məmmədov eksklüziv olaraq bildirib.

Müşavirədə AB-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi, Avropa Komissiyası nümayəndələri, Azərbaycan, Ermənistan və Gürücstan səfirləri, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məruzəçisi Çarlz Tanek və başqaları çıxış edib. Tədbirdə həmçinin, Azərbaycan və Ermənistanın Avropa Şurasındakı parlament nümayəndə heyətləri rəhbərləri Səməd Seyidov və Tiqran Torosyan çıxış edib. "Maraqlı müzakirələr olub. Biz bildirdik ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasınadək Cənubi Qafqazda sabitlik haqqında danışmaq tezdir" - deyə səfir vurğulayıb.

Ümumilikdə çıxışlar zamanı Cənubi Qafqazın Avropaya inteqrasiya, eləcə də inteqrasiyanın genişləndirilməsi üçün daha dəqiq öhdəliklərin, proqram və sxemlərin hazırlanması vacibliyi qeyd olunub. Çıxış edənlər mövcud münaqişələrin həlli vacibliyi və yenilərinin yolverilməzliyi, silahlı qüvvələrin yerləşdirilməsinin mənfi təsiri, hərbi-siyasi blokların yaranması məslələrinə toxunub.

Xəbər lenti

Xəbər lenti