...

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasinı hər il 100 zabit bitirir

Siyasət Materials 12 May 2006 18:28 (UTC +04:00)

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasinı hər il 100 zabit bitirir. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Hərbi Akademiyanın rəisi polkovnik Nəcəf Qəmbərov məlumat verib.

N.Qəmbərov "Ordunun dostları" ictimai təşkilatın xətti ilə mayın 12-də Akademiyada olan jurnalistləri bu hərbi ali məktəbin fəaliyyəti ilə tanış edib.

O bildirib ki, burada taktiki və operativ səviyyədə birliklərdə xidmət edən zabitlər komandir və qərargah zabitləri səviyyəsinə qədər hazırlaşdırılır.

"Akademiyada tədris müddəti iki ildir. Bura ali və orta təhsilli hərbçilər, hərbi həkim komissiyasından keçənlər qəbul edilir. Azərbaycanın orden medalları ilə təltif olunanlara isə qəbulda güzəştlər edilir" - deyə polkovnik qeyd edib.

N.Qəmbərovun sözlərinə görə, Hərbi Akademiyanın nəzdində strateji tədqiqatlar və dövlət müdafiəsinin təşkili akademik kursları, hərbi attaşe kursları, həmçinin təkmilləşdirmə kursları fəaliyyət göstərir. Kurslarda hərbi siyasi, hərbi iqtisadi, hərbi strateji vəziyyət, dövlətin müdafiə imkanları öyrənilir və qiymətləndirilir.

"Hazırda Akademiyada 100-ə yaxın zabit təhsil alır ki, onların arasında həm Daxili Qoşunların, həm Dövlət Sərhəd Xidmətinin zabitləri, həm də mülki şəxslər var. Ötən il isə Akademiyanı bitirənlər arasında bir nəfər əcnəbi zabit də olub" - deyə N.Qəmbərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti