...

Azərbaycan Ziyalılar Hərəkatı II ümumrespublika forumunu keçirib

Siyasət Materials 12 May 2006 18:56 (UTC +04:00)

Azərbaycan Ziyalılar Hərəkatı (AZH) mayın 12-də II ümumrespublika forumunu keçirib.
Trend xəbər verir ki, forumun əsas müzakirə mövzusu "ABŞ-İran münaqişəsi: bu məsələdə Azərbaycanın tutduğu mövqe" olub.

Forumu açan AZH lideri Eldəniz Quliyev Azərbaycan cəmiyyətində həmişə ziyalı sözünə böyük ehtiyac olduğunu bildirib. E.Quliyev onu da vurğulayıb ki, ziyalılar öz mövqelərini ortaya qoyub birləşməkdə də gecikiblər. AZH lideri həmçinin ölkənin xarici siyasətində qazanılan uğurları da inkar etməyib. "Əgər uğurlar inkar edilərsə, o zaman reallığı inkar edən şəxsin haqq-ədalətdən danışmağa haqqı yoxdur" - deyib.

E.Quliyev bildirib ki, Azərbaycan prezidentinin ABŞ-İran münaqişəsi ilə bağlı mövqeyi ziyalılar tərəfindən dəstəklənir. AZH lideri Dağlıq Qarabağ probleminin həllində şəxsi münasibətləri kənara qoymaq, bu istiqamətdə mübarizəni xalq hərəkatına çevirməyin zəruriliyindən danışıb.

Forumda çıxış edən ziyalılar söylənilən fikirləri dəstəkləyiblər. Forumda müzakirəyə çıxarılan məsələlərlə bağlı digər problemlərin - təhsil və səhiyyə sahəsindəki problemlərin də ziyalılar tərəfindən diqqətdə saxlanılması və həlli istiqamətində addımların atılması ilə bağlı təkliflər olub. Forumun sonunda Azərbaycan Ziyalılar Hərəkatı, Ziyalı Qadınlar Birliyi, Ahıl Ziyalılar Birliyi, Fiziki Məhdudiyyətli İntellektuallara Qayğı İctimai Birliyi, Ziyalılar Birliyi və Azərbaycan Yolu Siyasi Hərəkatının Ziyalılar Şurasının birigə imzaladığı müraciət oxunub.

Xəbər lenti

Xəbər lenti