...

Fazil Qəzənfəroğlu: "Fransa Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalıdır"

Siyasət Materials 12 May 2006 19:02 (UTC +04:00)

Fransa senatında qondarma "erməni soyqrımı"nın tanınmaması ilə bağlı qaldırılacaq məsələ Türkiyə ilə yanaşı, Azərbaycana qarşı yönəlib. Trend xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, mayın 18-də Fransa senatında qondarma "erməni soyqırımı"nı tanımayan Fransa vətəndaşına bir illik cəzanın tətbiqi ilə bağlı məsələ müzakirə ediləcək.

Millət vəkili bildirib ki, proses belə davam edərsə, nə vaxtsa Fransa senatında Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının cinayət faktı kimi qəbul olunacağı barədə məsələ qaldırıla bilər: "Buna görə də biz hər hansı bir məsələdə Türkiyəni tək qoymamalıyıq. Düşünürəm ki, Milli Məclisdə bu məsələ ilə bağlı bir işçi qrupu yaradıb dünya parlamentlərinə müraciət etməliyik. Biz Fransanın məlum qərarının siyasi qərar olduğunu, erməni təəssübkeşliyi və türk düşmənçiliyi istiqamətində atılmış addım kimi dəyərləndirməliyik".

F.Qəzənfəroğlu bildirib ki, artıq Fransa, Kanada və Avropanın bir çox ölkələrində qondarma erməni soyqrımını rəsmən tanıyıblar. Bunu hətta yəhudi soyqırımı ilə bərabərləşdirmək istəyirlər. Millət vəkili onu da bildirib ki, ATƏT-in Minsk qrupunda Fransanın həmsədrlikdən uzaqlaşdırılması ilə bağlı da məsələ gündəmə gətirilməlidir: "Fransanı Avropanın başqa dövləti ilə əvəz etmək lazımdır. Çünki bu dövlətin türklərə qarşı yürütdüyü siyasəti nəzərə alaraq Dağlıq Qarabağ probleminin həllində rəsmi Parisin obyektiv mövqe nümayiş etdirməyəcəyi aydın görünür".

Xəbər lenti

Xəbər lenti