...

Turan Moralı: Türkiyə İranın nüvə proqramından ciddi narahatdır

Siyasət Materials 12 May 2006 19:41 (UTC +04:00)
Turan Moralı: Türkiyə İranın nüvə proqramından ciddi narahatdır

"Mən Türkiyənin baş naziri Rəcəb Tayib Erdoğanla İran prezidenti Mahmud Əhmədinejad arasındakı Bakı danışıqlarının mahiyyətindən xəbərsizəm, lakin deyə bilərəm ki, İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Laricaninin Ankaraya səfəri İran-Türkiyə dialoqunun davamı idi. Ankara danışıqlarında səsləndirilmiş bəyanatlar hamıya məlumdur və mən bu bəyanatların Bakıda deyilənlərdən kəskin fərqləndiyini düşünmürəm". Bunu, Trend agentiliyinin məlumatına əsasən, Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı jurnalistlərə bildirib.

"Türkiyə İranın nüvə proqramını həyata keçirməsilə bağlı ciddi narahatlığını bildirərək, Tehranı MAQATE ilə əməkdaşlığa çağırıb" - deyə səfir vurğulayıb. O deyib ki, regionda gərginliyin artmasından bütün ölkələr əziyyət çəkəcək.

"Digər ölkələr kimi Türkiyə də İranın sülh məqsədləri üçün nüvə proqramını gerçəkləşdirmək hüququnu tanıyır" - deyə o vurğulayıb. Səfirin sözlərinə görə, "etibar böhranı" göz qabağındadır. Belə ki, əvvəllər İran bir sıra tədqiqatları dünya ictimaiyyətindən məxfi aparırdı.

Bununla yanaşı, Türkiyə diplomatı qeyd edib ki, böhran dərinləşdikdə, sanksiyalar məsələsi ortaya çıxacaq.

Xəbər lenti

Xəbər lenti