...

Təkrar seçkilərin keçirildiyi 443 məntəqə üzrə seçicilərin sayı 388 min 179 nəfərdir

Siyasət Materials 12 May 2006 19:49 (UTC +04:00)

"Təkrar seçkilərin keçirildiyi 10 seçki dairəsi üzrə seçicilərin sayı 388 min 179 nəfərdir. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.

O bildirib ki, 13 mayda seçicilər 443 seçki məntəqəsində səs verəcəklər. Son rəqəmlərə görə, bu ərazilər üzrə seçicilərin sayı 388 min 179 nəfərdir. Bu rəqəmdən 3 faiz artıq sayda seçki bülletenləri çap olunaraq məntəqələrə paylanılıb.

İ.Babayevin sözlərinə görə, seçicilərin sayında müəyyən qədər dəyişikliklər ola bilər. Çünki məhkəmələr vasitəsilə seçicilərin adlarının siyahıda bərpa olunması seçki günü də davam edəcək.

Xəbər lenti

Xəbər lenti