...

Səməd Seyidov: "AŞPA-nın Siyasi İşlər Komitəsinin iclasında Azərbaycan qəti olaraq mövqeyni bildirib"

Siyasət Materials 12 May 2006 20:00 (UTC +04:00)
Səməd Seyidov: "AŞPA-nın Siyasi İşlər Komitəsinin iclasında Azərbaycan qəti olaraq mövqeyni bildirib"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi İşlər Komitəsinin iclasında Cənubi Qafqazda sabitlik paktı haqqında, demokratiyanın gələcəyi, enerji resurslarının siyasətə təzyiqi ilə bağlı aparılan dinləmələrdə Azərbaycan qəti olaraq mövqeyini bildirib. Bu barədə Trend ə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov qeyd edib ki, müzakirələr zamanı tərəflər öz mövqelərini bildiriblər: "Biz də bildirdik ki, Azərbaycanda iqtisadi, siyasi sahədə gedən proseslər Avropada çox böyük marağa səbəb olub. Avropa maraqlıdır ki, regionumuzda stabillik uzunmüddətli olsun və bu da beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dəstək verilməsindən, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılmasından asılıdır".

Millət vəkili qeyd edib ki, yalnız bu məsələlərlə bağlı hər hansı bir birlik yaratmaq haqqında düşünmək mümkündür: "Bu çərçivədən kənarda hansısa istiqamətdə birliyin yaradılması barədə düşünmək yersizdir". Onu da bildirək ki, S.Seyidov gündəlikdəki məsələlərlə bağlı çıxış edib.

Xəbər lenti

Xəbər lenti