...

Havaların yağmurlu keçməsi Qərb bölgəsində meyvəçiliyə böyük ziyan vurub

Siyasət Materials 12 May 2006 20:13 (UTC +04:00)

Gəncə Regional Aqrar Elm Mərkəzinin direktoru Ziyad Abbasovun verdiyi məlumata görə, may aının əvvəlində havaların yağmurlu keçməsi bölgədə taxıla elə də mənfi təsir göstərməyib. Çünki aran bölgəsinə nisbətən Qərb bölgəsində taxılın sünbüllənmə vaxtı bir qədər keçikir. Bu da taxılı rütubətli hava şəraitindən qoruyub.

Abbasov qeyd edib ki, taxıla ziyan dəyməsə də, Qərb bölgəsində meyvə ağacları rütubətin təsirindən görkəmlərini dəyişiblər. Şaftalı ağaclarında manilya yanığı, yəni yarpaqların deşilərək bükülməsi, ərikdə isə xallanma xəstəliyi meydana çıxıb. Bu xəstəliklər sözügedən meyvə ağaclarında məhsuldarlığı 50 faizə kimi azaldacaq. Ziyad Abbasov alma ağaclarında dəngül və unluşeh xəstəliklərinə rast gəlindiyini bildirib.

Mütəxəsislər bildirirlər ki, əgər bu xəstəliklərə qarşı mübarizə aparılmasa, bu mövsüm meyvəçilikdə böyük problemlər ortaya çıxacaq.

Xəbər lenti

Xəbər lenti