...

Turan Moralı: Ankara Kanadanın "erməni soyqırımı" ilə bağlı mövqeyindən narazıdır

Siyasət Materials 12 May 2006 20:48 (UTC +04:00)

Türkiyə Kanadının 1915-ci ildə Osmanlı imperiyasında erməni "soyqırımı"nın tanınması ilə bağlı mövqeyindən narazıdır və bu narazılıq rəsmi Ottavanın diqqətinə çatdırılıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, mayın 12-də Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı jurnalistlərə bildirib.

"Kanada səhv mövqe tutub. Bu siyasətin ikitərəfli əməkdaşlığın inkiaşfı baxımından müəyyən arzuedilməz nəticələrə gətirib çıxaracağı istisna deyil" - deyə T. Moralı qeyd edib.

Fransanın mövqeyinə gəldikdə, Türkiyə səfiri ümidvar olduğunu bildirib ki, Ankaranın səyləri sayəsində Fransa senatı "erməni soyqırımı"nın tanınmamasına görə həbs cəzasını nəzərdə tutan qanun layihəsini qəbul etməyəcək.

Səfirin sözlərinə görə, parlamentlərin səlahiyyətlərinə tarixi hadisələrin qiymətləndirilməsi daxil deyil. 400-500 tarixçi tərəfindən analoji qanun layihələrinin qəbulunun yolverilməzliyi haqqında imzalanan bəyanat buna sübutdur.

Xəbər lenti

Xəbər lenti