...

AİP növbəti qurultayına hazırlıqla bağlı Təşkilat Komitəsi yaradıb

Siyasət Materials 13 May 2006 11:18 (UTC +04:00)

Azərbaycan İslam Partiyası (AİP) sentyabrda növbəti II qurultayını keçirəcək. Bu barədə Trend ə AİP sədri Hacı Hacıağa Nuri bildirib.

Partiya sədri qeyd edib ki, qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması ilə bağlı qərar AİP-in Baş Məclisinin son toplantısında qəbul edilib. Qərara əsasən, Təşkilat Komitəsinə partiyanın sədri, onun birinci müavini, təşkialt məsələləri üzrə müavin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri və Baş Məclis sədrinin müavini daxildirlər.

H.Nuri qeyd edib ki, Təşkilat Komitəsi 3 ay ərzində qurultaya hazırlıqla bağlı işlərini yekunlaşdırmalıdır: "Qurultay isə mütləq sentyabr ayında keçiriləcək. Çünki bu prosesdə çox gecikmişik". Partiya sədri onu da vurğulayıb ki, qurultayda AİP-in nizamnaməsinə bir sıra dəyişikliklər ediləcək.

Xəbər lenti

Xəbər lenti