...

ABŞ-ın müvəqqəti işlər üzrə müvəkkili Bakıda bir sıra seçki məntəqələrinə baş çəkib

Siyasət Materials 13 May 2006 11:32 (UTC +04:00)

Mayın 13-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Ceyson Haylənd Bakıda parlament seçkiləri üzrə təkrar səsvermənin keçirildiyi seçki məntəqələrinə baş çəkib. Trend in xəbər verdiyi kimi, o, əvvəlcə Suraxanı 31 saylı ikinci seçki dairəsinin 24 saylı seçki məntəqəsində olub.

Amerikalı diplomat səsvermənin gedişi ilə tanış olub, həmçinin, seçki məntəqəsinin sədri və muşahidəçilərlə söhbət edib. Bu seçki məntəqəsində 1419 seçici qeydə alınıb.

Daha sonra C.Haylənd Suraxanı 31 saylı ikinci seçki dairəsinin 5 saylı seçki məntəqəsinə baş çəkib. Bu məntəqənin qarşısında Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən "exit-poll" keçirilir.

C.Haylənd Bakıda 4 seçki məntəqəsinə baş çəkməyi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti