...

Səhər saat 10.00-dək 10 dairə üzrə 27309 nəfər (6,98 %) səsvermədə iştirak edib

Siyasət Materials 13 May 2006 12:04 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzində mayın 13-də Azərbaycanda keçirilən təkrar parlament seçkilərində səhər saat 10.00-dək seçicilərin fəallığına dair məlumatlar açıqlanıb. Trend in məlumatına görə, "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev ilk hesabat saatında mətbuat konfransı keçirib.

O, bildirib ki, səhər saat 10.00-dək 10 dairə üzrə 27 min 309 nəfər - seçicilərin ümumilikdə 6,98 faizi səsvermədə iştirak edib. Onun sözlərinə görə, 10 dairə üzrə seçici siyahılarında 391 min 109 nəfər seçicinin adı qeydiyyatdadır. İ.Babayev onu da diqqətə çatdırıb ki, təkrar seçkiləri 30 ölkədən və 20-dən çox beynəlxalq təşkilatdan olan 165 nəfər beynəlxalq müşahidəçi izləyir. MSK-da qeydiyyatdan keçmiş 1162, dairə seçki komissiyalarında qeydə alınan 4423 nəfər yerli müşahidəçilər də seçki prosesini izləyir. Ümumilikdə seçkinin müşahidəsinə 6203 nəfər qeydə alınmış müşahidəçilər cəlb olunub.

Səhər saat 10.00-dək ayrı-ayrı dairələr üzrə səsvermənin nəticələrinə gəldikdə 9 saylı Binəqədi ikinci seçki dairəsində 1338 nəfər (3,52 %), 31 saylı Suraxanı ikinci seçki dairəsində 1586 nəfər (4,15%), 38 saylı Gəncə-Nizami ikincidə 1494 nəfər (4,45%), 42 saylı Sumqayıt ikincidə 5595 nəfər (12,84%), 44 saylı Sumqayıt-Abşeronda 2258 (5,38%), 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsində 2032 (5,11 %), 103 saylı Gədəbəydə 2280 nəfər (4,28%), 106 saylı Tovuz-Qazax-Ağstafada 1767 (4,28 %), 110 saylı Zaqatalada 4614 (11%), 119 saylı Ağdam kənd seçki dairəsində 4345 nəfər seçici (12,1 %) səsvermədə iştirak edib.

İqbal Babayev bildirib ki, gün ərzində 5 dəfə hesabat konfransı olacaq. Axşam saat 20.00-dan sonra seçkinin nəticələrinə dair ilkin nəticələr ictimaiyyətə açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti