...

119 saylı Ağdam kənd seçki dairəsində seçkiləri hələlik heç bir xarici müşahidəçi izləmir

Siyasət Materials 13 May 2006 13:12 (UTC +04:00)

119 saylı Ağdam kənd seçki dairəsində Milli Məclisə mayın 13-də keçirilən təkrar seçkiləri hələlik heç bir xarici müşahidləçi izləmir. Bu barədə Trend ə sözügedən seçki dairəsinin sədri Rövşən Şükürov bildirib.

Komissiyanın sədri qeyd edib ki, yalnız mayın 10-da ATƏT-in bir müşahidəçisi seçki dairəsində olub: "Seçki keçirilən gün isə hələlik heç bir xarici müşahidəçi yoxdur. Yalnız Bolqarıstandan Stefan Krasanin adlı bir şəxs və ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun əməkdaşları 8 məntəqədə "exit-poll" keçirirlər".

R.Şükürov onu da vurğulayıb ki, seçkiləri 438 müşahidəçi izləyir. Onların da əksəriyyətini müxalifətin nümayəndələri təşkil edir. Komissiyanın sədri hələlik hər hansı bir qanun pozuntusunun aşkar edilmədiyini deyib: "Seçkilərin aktivliyi yaxşıdır. Seçicilər maneəsiz istədikləri namizədə səs verirlər. Onlara hər hansı bir təzyiq göstərilmir".

Xəbər lenti

Xəbər lenti