...

İmran İsgəndərov: "Müxalifətdən olan müşahidəçilər 31 saylı Suraxanı II seçki dairəsində ajiotaj yaradıblar"

Siyasət Materials 13 May 2006 13:42 (UTC +04:00)

Milli Məclisə mayın 13-də 31 saylı Suraxanı II seçki dairəsində keçirilən təkrar seçkilərdə müxalifətdən olan müşahidəçilər ajiotaj yaradıb. Bu barədə Trend ə sözügedən dairə seçki komissiyasının sədri İmran İsgəndərov bildirib.

İ.İsgəndərov vurğulayıb ki, müxalifətdən olan müşahidəçilər 24 saylı məntəqədə 100 seçki bülleteninin çatışmadığını bildirib: "Təcili olaraq komissiya üzvləri ilə birgə həmin məntəqədə olduq. Apardığımız araşdırmalardan sonra məlum oldu ki, qaldırılan hay-kyü yalandır. Heç bir seçki bülleteninin əskik gəlmədiyini sənədləşdirdik". Komissiya sədri hay-küy yaradan müxalifətçi müşadəçilərin hansı partiyaya aid olduqları barədə dəqiq məlumat verməyib. Sadəcə olaraq bildirib ki, azad qaydada seçkiləri müşahidə etdiyindən onların hansı müxalifət partiyasına aid olduğu bilinmir.

Komissiya sədri onu da bildirib ki, seçkilər beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənilir, "exit pol" keçirilir, hələlik heç bir qanun pozuntusu aşkar edilməyib. Seçicilərin aktivliyi isə normaldır.

Xəbər lenti

Xəbər lenti