...

Mayın 19-da Budapeştdə AŞPA Monitorinq Komitəsi Azərbaycanda seçkidən sonrakı vəziyyəti müzakirə edəcək

Siyasət Materials 13 May 2006 14:13 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, mayın 19-da Budapeştdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi Azərbaycanda seçkidən sonrakı vəziyyəti müzakirə edəcək.

İclasın gündəliyində Azərbaycanla bağlı məsələ müzakirəyə çıxarılacaq 6-cı mövzu olacaq. Həmçinin, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andres Qross və Andreas Herkelin çıxışı da gözlənilir.

Bundan başqa, mayın 13-də Azərbaycanda 10 seçki dairəsi üzrə keçirilmiş təkrar parlament seçkilərinin nəticələri və AŞPA-nın 1480 (2006) saylı qətnaməsi ilə bağlı məsələ də müzakirə olunacaq.

İclasda AŞPA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri də iştirak edəcək.

Qeyd edək ki, iclas zamanı Albaniya, Serbiya və Çernoqoriya, o cümlədən Moldovadakı vəziyyətlə bağlı fikir mübadiləsi də aparılacaq.

Xəbər lenti

Xəbər lenti