...

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində saat 12.00-dək 6501 (16,35 faiz) seçici səs verib

Siyasət Materials 13 May 2006 14:43 (UTC +04:00)

Milli Məclisə mayın 13-də 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində keçirilən təkrar seçkilərdə saat 12.00-ə olan məlumata görə 6501 (16,35 faiz) seçici səs verib. Bu barədə Trend ə sözügedən seçki dairəsinin sədri Məhəmməd Abbasov bildirib.

M.Abbasov onu da bildirib ki, seçki dairəsinin 37 məntəqəsində keçirilən seçkiləri 715 müşahidəçi izləyir: "Bir neçə xırda qanunsuzluqqları nəzərə almasaq, seçkilər hələlik normal keçir. Seçicilərə təzyiqlər edilmir. Yerli və xarici müşahidəçilər tərəfindən komissiyaya heç bir şikayət daxil olmayıb". Komissiyanın sədri onu da vurğulayıb ki, 8 və 10 məntəqədə "exit-pol" keçirilir.

Qeyd edək ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində 39758 seçici var.

Xəbər lenti

Xəbər lenti