...

Gəncədəki 2 saylı istintaq təcridxanasında səsvermə başa çatıb

Siyasət Materials 13 May 2006 16:05 (UTC +04:00)

Mayın 13-də Azərbaycan Respublikası Milli Məclisinə təkrar seçkiylə əlaqədar Gəncə şəhərindəki 2 saylı istintaq təcridxanasında keçirilən səsvermə başa çatıb. Bu barədə Trend ə 2 saylı istintaq təcridxanasının rəisi Firdovsi Niftəliyev məlumat verib.

F.Niftəliyev bildirib ki, səsvermə səhər saat 8.00-da başlanıb və dustaqların 91 faizi səsvermədə iştirak edib. Səsverməni Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin əməkdaşları, o cümlədən yerli və xarici müşahidəçilər izləyiblər. Səsvermədə heç bir insident qeydə alınmayıb.

Təcridxanada saxlanılan dustaqların sayına gəlincə isə, təcridxana rəisi bu məlumatın məxfi saxlandığını söyləyib.

Qeyd edək ki, 10 dairədə keçirilən bu dəfəki seçkiylə əlaqədar səsvermədə yalnız bu istintaq təcridxanası iştirak edib.

Xəbər lenti

Xəbər lenti