...

106 saylı Tovuz-Qazax-Ağstafa dairəsi üzrə səsvermə prosesini 2 beynəlxalq müşahidəçi izləyir

Siyasət Materials 13 May 2006 16:25 (UTC +04:00)

106 saylı Tovuz-Qazax-Ağstafa DSK-nın sədri Xaşani Vəliyevin verdiyi məlumata görə, həmin ərazi üzrə seçkiləri 537 nəfər müşahidəçi izləyir. Onlardan yalnız iki nəfər beynəlxalq müşahidəçidir.

Qalanları isə Yeni Azərbaycan Partiyasından (55 nəfər), iqtidaryönlü qrupdan (80 nəfər), müstəqil müşahidəçilərdən (154 nəfər), QHT-lərdən isə Azad və Ədalətli seçkilər uğrunda təşkilatından (61 nəfər), Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asosiyasiyasından (AVCİYA- 71), Seçki Monitorinq Mərkəzindən (3 nəfər) olan müşahidəçilərdir. Namizədlərin qeydiyyata aldırdıqları müşahidəçilərin sayı isə 113-dür.

X.Vəliyevin sözlərinə görə, bu saata qədər 8512 seçici səs verib. Bu da qeydə alınmış və adı siyahıya salınmış 41252 seçicinin umumi sayının 25,03 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti