...

Riçard Luqar: ABŞ-Azərbaycan əlaqələrinin çox ümidverici gələcəyi var

Siyasət Materials 13 May 2006 16:50 (UTC +04:00)
Riçard Luqar: ABŞ-Azərbaycan əlaqələrinin çox ümidverici gələcəyi var

Neft və qazla zəngin Azərbaycanın enerji ixracını artırmaq üçün böyük potensialı var. Biz (ABŞ - Trend ) Avropaya neft və qaz tranziti üçün cənub dəhlizinin açılmasında Azərbaycana yardımı, eləcə də energetikada "şəffaflığ"ın təminatı və qeyri-neft sektorlarının inkişaf etdirilməsi istiqamətində işləri davam etdirməliyik ki, bu ölkənin infkişafını sürətləndirsin. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Riçard Luqar ABŞ prezidenti tərəfindən irəli sürülən Anna Dersın namizədliyinin müzakirəsi zamanı bəyan edib.

"2005-ci ilin avqustunda mən Azərbaycana səfər edərək, prezident İlham Əlyievlə görüşdüm və ölkə qarşısında duran vəzifələr, o cümlədən, azad və ədalətli parlament seçkiləri keçirilməsini müzakirə etdim" - deyə senator R.Luqar bildirib.

O, həmçinin İ.Əlyievin bu yaxınlardakı Vaşinqton səfərini xatırlayıb. "Biz demokratiya, Dağlıq Qarabağın statusu, eləcə də Azərbaycanın Rusiya və İran daxil olmaqla, qonşu ölkələrlə əlaqələri haqqında səmimi söhbət etdik" - deyə o bildirib. R.Luqar vurğulayıb ki, Amerika-Azərbaycan əlaqələrinin çox ümidverici gələcəyi var.

"Azərbaycan təhlükəli bölgədə yerləşir və mən Bakının terrorizmlə mübarizə, terror təşkilatlarının maliyyə axınının qarşısını almaq üçün səylərini dəstəkləməyi tövsiyə edirəm" - deyə o əlavə edib.

"2001-ci il sentyabrın 11-dən sonra Azərbaycan ABŞ-a öz hava məkanını verib, eləcə də lazımi məlumatları təqdim etməyə hazır oluduğunu bildirib. Azərbaycan silahlı qüvvələrinin Əfqanıstan və İraqdakı iştirakını unutmaq olmaz" - deyə senator qeyd edib.

Sonda R. Luqar Anna Dersın namizədliyinə toxunaraq, qeyd edib ki, o, 25 illik təcrübəyə malik diplomatdır. A.Ders biotəhlükəsizlik üzrə xidmətin rəhbəri, ABŞ səfirliyinin İraqda və Avropa Birliyində iqtisadi məsələlər üzrə konsulu olub. O, həmçinin Filippin, Cənubi Koreya, Belçika, Sinqapur və başqa ölkələrdə işləyib.

Xəbər lenti

Xəbər lenti