...

IHP rayon və şəhər təşkilatlarının Məşvərət Məclisinin növbəti müşavirəsi keçirilib

Siyasət Materials 13 May 2006 17:32 (UTC +04:00)

Iətəndaş Həmrəyliyi Partiyasının (VHP) rayon və şəhər təşkilatlarının Məşvərət Məclisinin növbəti müşavirəsi keçirilib. Bu barədə Trend ə VHP-nin mətbuat xidmətindən bildiriblər.

Toplantıda təşkilati məsələlər, o cümlədən, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Qərara alınıb ki, may ayının sonuncu həftəsindən etibarən partiyanın Bakı şəhər təşkilatları hesabat seçki yığıncaqlarına başlasınlar. Sonra toplantı iştirakçıları Məşvərət Məclisinin əsasnamə layihəsini müzakirə ediblər. Layihə yenidən hazırlanmaq üçün geri qaytarılıb.

Toplantıda IHP Siyasi Şurasının üzvü Samir Əsədli, Ali Məclisinin üzvü Namiq Rəhimov, Əzizbəyov rayon təşkilatinin sədri Əbülfət Yusubov, Qaradağ rayon təşkilatının sədr müavini Saleh Salayev, Nərimanov rayon təşkilatının sədr müavini Səidə Dadaşlı və başqaları çıxış edib. Toplantı iştirakçıları son günlər Fransa parlamentinin (Senat) ermənipərəst mövqeyini pisləyən bəyanat qəbul edib.

Bəyanat müəllifləri hesab edirlər ki, Fransa ATƏT-in Minsk Qrupundan dərhal çıxarılmalıdır.

Xəbər lenti

Xəbər lenti