...

İbrahim Cəfərov: "Müşahidəçilərin maarifləndirilməsinə ehtiyac var"

Siyasət Materials 13 May 2006 19:38 (UTC +04:00)

Milli Məclisə mayın 13-də 38 saylı Nizami II (Gəncə) seçki dairəsində keçirilən təkrar seçkilərdə saat 17.00-ə olan məlumata görə 10061 seçici səs verib. Bu barədə Trend ə sözügedən dairə seçki komissiyasının sədri İbrahim Cəfərov bildirib.

Qeyd edək ki, 38 saylı Nizami II (Gəncə) seçki dairəsində 33606 seçici qeydə alınıb. Komissiyanın sədri onu da bildirib ki, saat 18.00-a olan məlumata görə, nə beynəlxalq, nə də yerli müşahidəçilərdən heç bir şikayət daxil olmayıb. Komissiya sədri müşahidəçilərin maariflənməməsindən şikayətlənib: "Müşahidə missiyasının özünün maarifləndirməyə ehtiyacı var. Məsələn, Müsavat Partiyasının maraqlarını müdafiə edən müşahidəçi deputatlığa namizədin seçki məntəqəsinə daxil olmasını qeyri-qanuni sayır. Ancaq qanuna görə deputatlığa namizədin özü seçkilərdə iştirak edə bilər".

İ.Cəfərov onu da vurğulayıb ki, deputatlığa namizədlərdən olan Elsevər İbrahimov, Asəf Hacıyev, Şaiq Şadman bəzi seçki məntəqələrində olublar. Lakin onların seçicilərə hər hansı bir təzyiq və məsləhəti qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti