...

Bu gün keçirilən təkrar parlament seçkisində 137 686 nəfər seçici (35.20 %) səsvermədə iştirak edib

Siyasət Materials 13 May 2006 21:28 (UTC +04:00)

Mayın 13-də Azərbaycanda 10 dairə üzrə Milli Məclisə keçirilən təkrar seçkilərin səsvermə prosesi saat 19.00-da başa çatıb. Trend in məlumatına görə, səsvermənin yekunlarına, saat 19.00-dək seçici fəallığına dair MSK-nın "Seçkilər" İnformasiya Mərkəzində mətbuat konfransı keçirilib.

"Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev bildirib ki, bu gün 10 seçki dairəsi üzrə 137 686 nəfər seçici səsvermədə iştirak edib. Bu isə 10 dairə üzrə seçicilərin ümumi sayının 35.20 faizini təşkil edir.

Ayrı-ayrı dairələr üzrə səsvermənin nəticələrinə gəldikdə 9 saylı Binəqədi ikinci seçki dairəsində seçicilərin 19,7 faizi (7 247 nəfər ), 31 saylı Suraxanı ikinci seçki dairəsində 27,17% (10393), 38 saylı Gəncə-Nizami ikincidə 33,43% (11234), 42 saylı Sumqayıt ikincidə 43,34,% (18882), 44 saylı Sumqayıt-Abşeronda 35,48% (14989), 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairəsində 38,99 % (15501), 103 saylı Gədəbəydə 34,12% (12486), 106 saylı Tovuz-Qazax-Ağstafada 32,87 % (13561), 110 saylı Zaqatalada 51,88% (21752), 119 saylı Ağdam kənd seçki dairəsində 32,42 % (11641 nəfər) səsvermədə iştirak edib.

Qeyd edək ki, seçkilər 343 seçki məntəqəsində keçirilib. Seçici siyahılarında bu məntəqələr üzrə 391 min 109 nəfər seçici qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti