...

Milli Məclisin deputatları Qahirəyə gedəcək

Siyasət Materials 14 May 2006 11:40 (UTC +04:00)

Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova və Hesablayıcı komissiyanın sədri Məlahət Həsənova "Ərəb və İslam mədəniyyəti" mövzusunda keçiriləcək seminarda iştirak etmək üçün mayın 14-də Qahirəyə gedəcəklər. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Səfər çərçivəsində deputatlar elmi müzakirələrdə iştirak edəcək, tanınmış Misir universitetlərinin alim və professorları ilə fikir mübadiləsi aparacaqlar. Onların Misir parlamentindən olan həmkarları ilə görüşləri də nəzərdə tutulub.

Səfər mayın 22-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti