...

Milli Məclisin üzvləri Almatıda keçiriləcək Türk mədəniyyəti həftəsində iştirak edəcək

Siyasət Materials 14 May 2006 11:48 (UTC +04:00)

Almatıda keçiriləcək Türk mədəniyyəti həftəsində Milli Məclisin deputatları, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Fərhad Qəribov və Rüstəm Xəlilov iştirak edəcəklər. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Türk Xalqlarının Mədəniyyət Fondunun təşkil etdiyi və bütün türk respublikaları parlamentlərindən nümayəndələrin dəvət olunduğu bu aksiyadan məqsəd türkdilli xalqların ən yaxşı mədəniyyət, incəsənət nümunələrinin təbliğ olunması və gənc nəslə aşılanmasından ibarətdir.

Tədbir mayın 15-dən 20-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti