...

Əli Əhmədov: Səsvermə ədalətli və şəffaf keçib

Siyasət Materials 14 May 2006 12:13 (UTC +04:00)

Mayın 13-də parlamentə təkrar seçkilər zamanı 10 seçki dairəsi üzrə keçirilmiş səsvermə ədalətli və şəffaf keçib. Trend in xəbər verdiyi kimi, bu barədə mətbuat konfransında Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bəyan edib.

Onun sözlərinə görə, müşahidələrdə partiyadan 2000 nəfər, ümumilikdə isə 5000 nəfər yerli müşahidəçi iştirak edib. Seçkilərdə səsvermə hüququna malik 390 min nəfərdən 140 nəfəri iştirak edib. Ə.Əhmədov qeyd edib ki, partiyadan olan müşahidəçilər səsvermə zamanı yer almış xırda qanun pozuntuları ilə əlaqədar aktlar tərtib edərək MSK-ya təqdim edib. Ən neqativ fakt 9-cu Binəqədi dairəsində qeydə alınıb. Burada namizədlərdən biri çoxlu pozuntulara yol verib və nəticədə onun namizədliyi ləğv edilib.

Ə.Əhmədov bildirib ki, beynəlxalq müşahidəçilərin ilkin rəyinə görə, səsvermə normal və şəffaf keçib. O, partiyadan olan namizədlərin seçki dairələrində nüfuzuna əsaslanaraq onların qələbəsinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti