...

Gültəkin Hacıyeva: "AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda keçirilmiş təkrar parlament seçkilərinin nəticələri dinləniləcək"

Siyasət Materials 15 May 2006 12:34 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin mayın 19-da Budapeştdə keçiriləcək iclasında mayın 13-də Azərbaycanda parlamentə keçirilən təkrar seçkiləri müşahildə missiyasının rəhbəri Leo Platvoetin fikirləri dinləniləcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Gültəkin Hacıyeva bildirib.

Qeyd edək ki, AŞPA-nın Monitorinq komitəsinin iclasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, müavini Gültəkin Hacıyeva və Aydın Abbasov iştirak edəcək.

G.Hacıyeva bildirib ki, iclasda təkrar seçkilərin nəticələri ilə bağlı ilkin diskussiya aparılacaq: "Bizim mövqeyimiz aydındır. Bildirəcəyik ki, təkrar seçkilər də əvvəlki seçkilər kimi şəffaf və ədalətli keçirilib. İstər Avropa Şurasının, istərsə də beynəlxalq təşkilatların müşahidə missiyaları təkrar seçkilərin Avropa standartlarına uyğun şəkildə keçirildiyi qənaətindədirlər". Düşünürəm ki, bizimlə müşahidəçi missiyasının üzvləri arasında bu məsələ ilə bağlı hər hansı bir problem olmayacaq".

Onu da qeyd edək ki, iclasda Albaniya, Serbiya və Çernoqoriya, eyni zamanda Moldovadakı ictimai-siyasi vəziyyət də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti