...

ATƏT DTİHB Azərbaycanda təkrar seçkilərlə bağlı bəyanatını açıqlayıb

Siyasət Materials 15 May 2006 13:20 (UTC +04:00)

Mayın 13-də Azərbaycan Respublikasında keçirilmiş təkrar parlament seçkiləri davamlı seçki islahatlarına ehtiyacın olduğunu aşkar edib. Trend in xəbər verdiyi kimi, bu barədə ATƏT-in Beynəlxalq Təsisatlar və İnsan Haqları Bürosu müşahidə missiyasının bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, seçki prosesinin bəzi aspektlərində irəliləyiş olsa da, müəyyən narahatedici məqamlar qalıb.

ATƏT DTİHB missiyası təkrar seçkilərdə bütün namizədlərin qeydə alınması, maneəsiz geniş kampaniyaların olması və yerli müşahidəçilərin iştirakı üçün imkanların artırılması kimi bəzi irəliləyişlər müşahidə edib.

Mərkəzi Seçki Komissiyası daha artıq şəffaflığa doğru bir addım ataraq nəticələrin protokollarını öz internet səhifəsində yerləşdirib.

Ancaq missiya səsvermənin keçirilməsində, səslərin sayılması və protokollaşdırılması proseslərində bir sıra qanun pozuntularını qeyd edib.

Səsvermə prosesini genişmiqyaslı müşahidə etmək üçün ATƏT DTİHB-in 6 ekspert və 7 uzunmüddətli müşahidəçidən ibarət missiyası qısamüddətli müşahidəçiləri də işə cəlb edib.

Missiya səsvermənin keçirilməsi, səslərin sayılması və protokollaşdırılması proseslərinin monitorinqini aparıb.

Həmçinin, seçkiləri NATO Parlament Assambleyasının Coao Soaresin rəhbərlik etdiyi müşahidə qrupu da müşahidə edib.

Sənəddə qeyd olunur ki, ATƏT DTİHB-nin mövqeyi 2006-cı il fevralın 1-də açıqladığı Yekun Hesabatında öz əksini tapıb.

O da bildirilir ki, bəyanat ATƏT DTİHB-nin Yekun Hesabatına daxil ediləcəkdir ki, bu da seçki prosesinin yekunlaşmasından təxminən dörd həftə sonra açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti