...

AllahşükürPaşazadə: Azərbaycan bütün dünyada daima tolerant dövlət nümunəsi olub və olacaq

Siyasət Materials 15 May 2006 13:27 (UTC +04:00)
AllahşükürPaşazadə: Azərbaycan bütün dünyada daima tolerant dövlət nümunəsi olub və olacaq

Azərbaycan daima bütün dünyada tolerant dövlət nümunəsi olub və olacaq. Trend in verdiyi məlumata görə, bu barədə mayın 15-də "İslamda tolerantlıq" beynəlxalq elmi konfransda Qafqaz müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanda müxtəlif dinlər tarixən qarşılıqlı hörmət və sabitlik şəraitində yaşayırlar. O qeyd edib ki, ölkədə heç vaxt milli-dini xarakterli insidentlərə yol verilməyib.

"Bu gün Azərbaycan əhalisinin 95%-ni müsəlmanlar, 5%-ni xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri təşkil edir", -deyə A.Paşazadə bildirib.

Onun sözlərinə görə, dövlət eyni münasibət siyasəti yürüdür ki, bu da ölkənin hər bir vətəndaşının azad dini etiqadında öz əksini tapır.

O enyi zamanda bəyan edib ki, dünyəvi dövlət olan Azərbaycan dini azlıqlara qarşı öz münasibətini tarixi-mədəni ənənələr əsasında müəyyən edir.

Şeyxülislamın sözlərinə görə, bu gün Azərbaycanda ölkədə dini sabitliyi pozmağa çalışan radikal qüvvələr mövcuddur. Lakin o bildirib ki, dövlət və ölkənin dini ziyalıları onlara öz niyyətlərini həyata keçirməyə imkan vermirlər. "Azərbaycan həmişə tolerant dövlət olub və bundan sonra da olacaq",- deyə o qeyd edib.

Konfransda çıxış edən milli məsələlər üzrə dövlət müşaviri Hidayət Orucov bildirib ki, Azərbaycanda tolerantlıq dövlət siyasətinin ən mühüm uğurlarından biridir. Onun sözlərinə görə, bu siyasət bundan sonra da davam etdiriləcək.

İki günlük konfransda tanınmış islamşünas alimlər islam və dünya dini, sabitlik və tolerantlıq, tolerantlığın islamın ən mühüm dəyərlərindən biri olması, dini dünyagörüşü və müasir dünya mövzusunda müzakirələr aparılacaq.

Xəbər lenti

Xəbər lenti