...

VHP Gənclər Təşkilatı Azərbaycandakı rus icmasına və pravoslav kilsəsinə müraciət edəcək

Siyasət Materials 15 May 2006 17:18 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Gənclər Təşkilatı Azərbaycandakı rus icmasına müraciət etməyə hazırlaşır. Bu barədə Trend ə VHP Gənclət Təşkilatının sədri Vasif Həsənli bildirib.

Partiya yetkilsi mövcud problemlərin həllində ölkədəki rus icmasının da fəaliyyətinin önəmli olduğunu bildirib. Eyni zamanda onların Dağlıq Qarabağ probleminin həllində passiv mövqe nümayiş etdirdiklərini dilə gətirib: "Keçmiş ittifaq dövründə Bakı beynəlmiləl şəhər kimi tanınıb. İndinin özündə də paytaxtda müxtəlif millətlərin nümayəndələri yaşayır. Ölkənin istər sosial-iqtisadi, istərsə də ictimai-siyasi həyatında bu millətlərin nümayəndələri, xüsusilə də ruslar yaxından iştirak ediblər. Ancaq bu gün ölkə ruslarının fəaliyyəti elə də qənaətbəxş deyil".

"Bakılı ruslar Dağlıq Qarabağ probleminin həllinə öz töhfələrini verməlidirlər" deyən partiya rəsmisi Azərbaycandakı rus icmasının münaqişənin ədalətli həlli üçün Kremlə müraciət etmələrinin vacibliyinə toxunub. Qeyd edib ki, rus icması Putin iqtidarından Qarabağ probleminin həllində ədalətli mövqe tutmağı və münaqişənin çözülməsi üçün səy göstərmələrini tələb etməlidir.

VHP yetkilisi Azərbaycandakı rus icmasının rəsmi Moskvaya təsir etmək imkanında olduğunu da istisna etməyib.

Xəbər lenti

Xəbər lenti