...

"Sərxoş sürücü təhlükə mənbəyidir" aylığında 1000-ə yaxın sərxoş sürücü saxlanılıb

Siyasət Materials 15 May 2006 17:23 (UTC +04:00)

Aprel ayının 15-dən may ayının 15-dək Bakı şəhəri ərazisində "Sərxoş sürücü təhlükə mənbəyidir" devizi altında keçirilmiş aylıqda 1000-ə yaxın sərxoş sürücü saxlanılıb. Bu barədə Trend ə Bakı şəhər DYPİ-nin hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Binəqədi, Nəsimi və Xətai rayonları ərazisində reydlər xüsusilə aktiv keçib. Sərxoş sürücülərin böyük hissəsi də həmin ərazilərdə saxlanılıb.

"Saxlanılan sürücülər tibbi müayinəyə cəlb olunub və onların sərxoş olduğu təsdiqləndikdən sonra barələrində inzibati qaydada müvafiq tədbirlər görülüb. Bundan əlavə, aylığın şərtlərinə uyğun olaraq, həmin sürücülərə sərxoş vəziyyətdə sükan arxasında əyləşməyin xoşagəlməz fəsadlara səbəb olması barədə geniş təlimatlar verilib və bu, nümunələrlə izah edilib" - deyə V.Əsədov söyləyib.

Xəbər lenti

Xəbər lenti