...

Aydın Mirzəzadə: "Təkrar seçkiləri şəffaf keçirməklə Azərbaycan həqiqətən də Avropa ölkəsi olduğunu təsdiqləyib"

Siyasət Materials 15 May 2006 17:56 (UTC +04:00)

Mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələri ilə bağlı beynəlxalq müşhaidəçilərin gəldikləri qərar onu deməyə əsas verir ki, Azərbaycan həqiqətən də Avropa ölkəsi olduğunu təsdiqləyib. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, politoloq Aydın Mirzəzadə ATƏT-in Beynəlxalq Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının seçkilərin nəticələri ilə bağlı qərarına münasibət bildirərəkən qeyd edib.

Qeyd edək ki, ATƏT-in Beynəlxalq Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının seçkinin nəticələri ilə bağlı qərarında xırda qanun pozuntuları istisna olmaqla seçkilərin ədalətli və şəffaf keçirildiyi göstərilib. Hətta namizədlərin qeydə alınması, maneəsiz seçki kampaniyasının aparılması, müşahidəçilərin iştirakı üçün imkanların yaradılması xüsusilə qeyd olunub.

Millət vəkili onu da bildirib ki, Azərbaycan öz yolunu beynəlxalq təşkilatların rəyləri əsasında seçməməlidir: "Demokratik proseslər, ölkənin demokratikləşməsi bizə lazımdır, beynəlxalq təşkilatlara yox. Ancaq bir vətəndaş kimi beynəlxalq təşkilatların Azərbaycanda demokratik sahədə aparılan islahatları izləyib və ədalətli qərar çıxardıqlarından məmnunam. Bu da onu göstərir ki, Azərbaycan həqiqətən də Avropa ölkəsi olduğunu bir daha təsdiqləyir".

Təkrar seçkiləri müşahidə edən ATƏT-in nümayəndələri ilə yanaşı MDB və AŞPA nümayənqdələrinin də qərarı eynidir: seçkilər ədalətli və şəffaf keçirilib : "Bu da onu deməyə əsas verir ki, Azərbaycanda demokratikləşmə prosesində irəliləyiş, müsbət nəticələr əldə olunmaqdadır. Ancaq biz bununla kifayətlənməməliyik. Bu prosesi daha da təkmilləşdirməliyik".

Millət vəkili onu da bildirib ki, Azərbaycanla bağlı beynəlxalq təşkilatların nümayəndələrinin belə müsbət rəyləri Dağlıq Qarabağ probleminin də həllinə təsir göstərə biləcək.

Xəbər lenti

Xəbər lenti