...

"Azadlıq" bloku təkrar seçkilərə münasibət bildirib

Siyasət Materials 15 May 2006 19:45 (UTC +04:00)

Mayın 15-də "Azadlıq" siyasi bloku Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Trend xəbər verir ki, toplantıda mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələri müzakirə olunub.

Toplantıdan sonra adıçəkilən blokun həmsədrlərindən olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli mətbuat konfransı keçirib. AXCP sədri təkrar seçkilərin nəticələrinin də 6 noyabr 2005-ci il parlament seçkilərinin nəticələri kimi saxtalaşdırıldığını qeyd edib.

Təkrar seçkilərin saxtalaşdırıldığı ilə bağlı Müsavat Partiyası da bəyanat qəbul edib.

Xəbər lenti

Xəbər lenti