...

Cənubi Qafqazda zorakılıqla köçürmə və soyqırım siyasəti ilk dəfə ermənilər tərəfindən tətbiq edilib

Siyasət Materials 15 May 2006 20:06 (UTC +04:00)

Cənubi Qafqazda zorakılıqla köçürmə və soyqırım siyasəti ilk dəfə ermənilər tərəfindən tətbiq edilib. Trend in verdiyi məlumata görə, bu barədə aprelin 15-də Bakıda "Azərbaycan və Türkiyə tarixində erməni məsələsi" beynəlxalq konfransında Türkiyə Tarixi İdarəsinin rəhbəri, professor Yusuf Xalaçoğlu bəyan edib.

"Əgər 1914-cu ildə İrəvanın əhalisinin 85 %-i azərbaycanlılar idilərsə, artıq bir neçə ildən sonra bu ərazidə yaşayan 702 min azərbaycanlı Şərqi Anadolu ərazisinə qovulublar və onlar yalnız gəlib çatan şəxslərdir", -deyə Y. Xalaçoğlu bildirib.

"1914-cü ildə Osmanlı imperiyasının torpaqlarında türklərin məhv edilməsinə yönələn məqsədəyönlü siyasət 1918-ci və 1992-ci illərdə Azərbaycanda təkrar olunub", -deyə o, qeyd edib.

Türk aliminin sözlərinə görə, keçmiş Osmanlı imperiyasının ərazisində bu gün 35 dövlət yerləşir və onlardan hər biri öz dilini, adətlərini və milli mənsubiyyətini saxlayır.

"Əgər Osmanlı imperiyasında "soyqırım" siyasəti keçirilibsə, onda nə üçün digər xalqlar indiyə kimi bu ərazilərdə mövcüddurlar?",- deyə TTİ-nin rəhbəri bildirib. Faktlara və arxiv materiallarına əsaslanaraq Y. Xalaçoğlu qeyd edib ki, Ankara 1915-ci il hadisələrini müzakirə etməyə hazırdır.

"Qoy Ermənistan da öz arxivlərini açsın. Lakin onların açacağı heç nə yoxdur. Ona görə də İrəvan məsələyə elmi yanaşmadan qaçır. Qondarma erməni soyqırımı barədə deyilənlər sadəcə olaraq uydurmadır", -deyə Y. Xalaçoğlu bildirib.

Həmin dövrdə Osmanlı imperiyası ərazisində yaşayan ermənislərin sayı barədə ABŞ, Fransa və Osmanlı imperiyasının arxivlərindəki statistik məlumatları misal gətirən Y. Xalaçoğlu qeyd edib ki, "ermənilərin sayı 1,5 milyon nəfərdən azacıq artıq olub". "Erməni siyasətçilərinin belə yüksəkdən səsləndirdikləri kimi, əgər onların hamısı öldürülmüşdüsə, bəs onda bu gün Livanda, Fransada, ABŞ-da, Ermənistanda və işğal olunmuş ərazilərdə kimlərin nəsilləri yaşayır? Çoxmilyonlu diaspor haradan meydana gəlib?", - deyə türk alimi sual verib və "Türkiyənin öz keçmişi ilə qarşılaşmaqdan çəkinmədiyini və olmayanları etiraf etməyəcəyini" qeyd edib.

Yusuf Xalaçoğlu eləcə də, azərbaycanlı tələbələri qondarma erməni soyqırımını tanımayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qanun layihəsinin qəbul edilməsinə mane olmaq üçün Fransa Senatının ünvanına İnternet-müraciətlər göndərməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti