...

Şahmar Mövsümov ARDNF-in icraçı direktoru təyin olunub

Siyasət Materials 16 May 2006 11:20 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Bankın baş direktoru Şahmar Mövsümov Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru təyin olunub.

Əvvəllər bu vəzifəni hazırkı maliyyə naziri Samir Şərifov icra edirdi.

Şahmar Mövsümov 31 yanvar 1972-ci ildə Naxçıvanda anadan olub. 1995-ci ildə MDİ-nin beynəlxalq əlaqələr fakultəsini bitirib. 2003-04-cü illərdə təhsilini Harvard universitetində davam etdirib və dövlət maliyyə ixtisası üzrə magistr dərəcəsi alıb. 1995-2006-cı illərdə AMB-də çalışıb.

Xəbər lenti

Xəbər lenti