...

Azərbaycan prezidenti Sənaye və Energetika Nazirliyinin əsasnaməsini, strukturunu və əməkdaşlırının sayını təsdiqləyib

Siyasət Materials 16 May 2006 12:04 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev Sənaye və Energetika Nazirliyinin əsasnaməsi, strukturu və əməkdaşlarının sayının təsdiqlənməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, "Azəriqaz" QSC-nin dövlət qaz nəzarət idarəsi Sənaye və Energetika Nazirliyinin tabeliyinə verilir. 2006-cı ildə idarənin fəaliyyət xərclərini "Azəriqaz", 2007-ci ildən isə dövlət büdcəsi öz üzərinə götürəcək. İşçilərin ştatı isə 180 nəfər müəyyən edilib.

Nazirlər Kabinetinə bir ay müddətində mövcud normativ-hüquqi aktların bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayaraq prezidentə təqdim etmək tapşırılır.

Qeyd edək ki, nazirliyin strukturuna dövlət qaz nəzarət idarəsi ilə yanaşı, dövlət enerji nəzarət idarəsi də daxil olacaq.

Xəbər lenti

Xəbər lenti