...

Atatürkün anadan olmasının 125 illiyi ilə bağlı mayın 19-da M.F.Axundov adına kitabxanada elmi-praktik konfrnas keçiriləcək

Siyasət Materials 16 May 2006 12:14 (UTC +04:00)

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürkün anadan olmasının 125 illiyi ilə bağlı mayın 19-da M.F.Axundov adına kitabxanada elmi-praktik konfrnas keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Atatürk Mərkəzindən bildiriblər.

Konfrans M.F.Axundov adına kitabxana və Atatrük Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək. Qeyd olunub ki, M.F.Axundov adına kitabxanada M.K.Atatürkə həsr olunan kitab sərgisi təşkil ediləcək. Atatürkün həyat və yaradıcılığı, Türkiyənin müstəqilliyi uğrunda apardığı mübarizə ilə bağlı çıxışlar dinləniləcək.

Konfransda Türkiyənin Azərbaycandakı səfriliyinin, müxtəlif diplomatik korpusların nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti