...

R.Usubov: İran vətəndaşlarının Azərbaycana köç etməsi ilə bağlı məsələlər məqsədli şəkildə şişirdilir

Siyasət Materials 16 May 2006 14:00 (UTC +04:00)

Son aylar İran İslam Respublikası vətəndaşlarının Azərbaycana köç etməsi ilə bağlı məsələlər məqsədli şəkildə şişirdilir. Trend in xəbərinə görə, bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov məlumat verib.

R.Usubovun sözlərinə görə, Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşıb ki, İran vətəndaşlarının böyük əksəriyyəti qorxu içərisində Azərbaycana qaçıb gəlirlər. Bu, heç də belə deyil. İran vətəndaşlarının Azərbaycana gəlişi əvvəlki illərdən o qədər də fərqlənmir. Məsələn, 2005-ci ildə əvvəlki ilə nisbətən ölkəmizə gələnlərin sayı 5,4 faiz artıb. Lakin bu o demək deyil ki, ölkəmizə gələnlərin hamısı iranlılardır. Həmin şəxslər arasında Avropa və MDB ölkələrinin vətəndaşları da var" - deyə nazir vurğulayıb.

Nazir onu da qeyd edib ki, təkcə 2005-ci il ərzində Azərbaycana gələnlərin sayı 200 min nəfər olub. Lakin onlar ölkəmizə qonaq qismində gəliblər və sonradan ölkəni tərk ediblər. Bu isə normal haldır.

Xəbər lenti

Xəbər lenti