...

Məşhur gürcü politoloqu Gürcüstan hökumətinə Azərbaycan nümunəsinə əməl etməyi məsləhət görür

Siyasət Materials 16 May 2006 14:41 (UTC +04:00)

Rusiya bizim qonşumuzdur və Azərbaycanın təcrübəsi göstərir ki, bu ölkə ilə dostlaşmaq, birlikdə məsələləri həll etmək, potensialdan faydalanmaq olar. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbirinə tanınmış gürcü politoloqu Ramaz Sakvarelidze bildirib.

O nəzərə çatdırıb ki, Rusiya ilə konfrontasiya Gürcüstana ziyan gətirə bilər. Çünki Qərb kapitalının Moskvaya axını davam edəcək. Buna görə də Azərbaycan nümunəsindən istifadə etmək lazımdır.

Politoloqun fikrincə, Avropa kapitalı Gürcüstana daxil olmayacaq. Çünki heç kim Moskva ilə münaqişə edən və buna görə də sabitsizliyin hökm sürəcəyi regiona vəsait yatırmaq istəməyəcək. "Ancaq əgər ABŞ Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinə siyasi dəstəklə yanaşı iqtisadi dəstək də göstərərsə, senat tərəfindən qanun layihəsinin qəbul olunması region ölkələri üçün əlverişli olacaq", - R.Sakvarelidze bəyan edib.

Xəbər lenti

Xəbər lenti