...

Azərbaycan Rusiyanın Axalkalakidəki hərbi bazasından birinci eşelonu RF-yə qrafikdə nəzərdə tutulduğundan 5 saat tez təhvil verib

Siyasət Materials 16 May 2006 16:07 (UTC +04:00)

Mayın 16-da Azərbaycan Rusiyanın Axalkalakidəki hərbi bazasından birinci texnika və silah eşelonunu RF-yə qrafikdə nəzərdə tutulduğundan 5 saat tez təhvil verib

Azərbaycan Dəmir Yol İdarəsinin mətbuat xidmətinin məlumatına əsasən, gecə Azərbaycan ərazisindən keçən eşelon, Moskva vaxtı ilə saat 10:30-da "Yalama" sərhəd stansiyasına çatıb. "Müvafiq prosedurlardan sonra eşelon Rusiyaya istiqamətlənib", -deyə mətbuat xidmətindən bildirilib.

Azərbaycan Nəqliyyat Nazirliyindən verilən məlumata görə, dəmir yolunun yaxşı vəziyyətdə olması sürəti saatda 60 km-dək artırmağa imkan verib. "Bütövlükdə, eşelon 14 saatlıq yol qət etməli idi və birbaşa marşrutla Azərbaycanın qərbindən şimalına hərəkət edərək 680 km qət edib",- deyə nazirlikdən qeyd olunub.

Eşelon mayın 15-də Gürcüstanın Tsalka dəmiryolundan yola salınıb. Platformalarda Rusiya ərazisinə daşınan 7 ədəd T-72 tankı, 8 döyüş-kəşfiyyat gözətçi maşını, 4 ədəd zirehli avtomobil, 4 ədəd xüsusi rabitə avtomobili, 340 mərmi qutusu olub. "Bütün silah yeşikləri möhürlənib ", - deyə Rusiyanın Bakıdakı səfirliyindən bildirilib. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti