...

20-dən çox QHT Azərbaycanda hüquq islahatlarına dəstək məqsədi ilə Koalisiya yaradılmasına qərar verib

Siyasət Materials 16 May 2006 16:46 (UTC +04:00)

Mayın 16-da Hüquq Maarifçiliyi Cəmiyyəti və Azərbaycan Hüquqşünaslar Forumunun təşəbbüsü ilə 20-dən çox qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirakı ilə toplantı keçirilib. Trend in məlumatına görə, toplantıda Azərbaycanda hüquq islahatlarına dəstək məqsədi ilə Koalisiyanın yaradılması qərara alınıb.

Koalisiyanın yaradılmasında məqsəd ölkədə demokratik, hüquqi, sivil dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yardım etmək, aparılan hüquq islahatlarının sürətləndirilməsinə kömək göstərməkdir.

Toplantı iştirakçıları qeyd ediblər ki, beynəlxalq təşkilatlar və fondlar bu məqsədlərin reallaşdırılması üçün daim maddi, təşkilati və mənəvi dəstək verirlər. Lakin Azərbaycan QHT-lərinin fəaliyyətinin koordinasiya edilməsində, vəsaitlərdən səmərəli istifadə olunmasında, şəffaflıq və hesabatlıq məsələlərində çoxlu problemlər var ki, bunların həllinə kömək göstərilməsi vacibdir. Müstəqil və professional QHT-lərin dəstəklənməsi, vətəndaş cəmiyyəti təşkilatlarının inkişafı, gerçək hüquq islahatlarının həyata keçirilməsi və davamlı prosesə çevrilməsi səylərin birləşdirilməsini və əlaqələndirilməsini tələb edir.

QHT nümayəndələri hüquq islahatlarının davam etdirilməsində dövlət və qeyri-dövlət təşkilatlarının əməkdaşlığının vacibliyini vurğulayıblar. Bununla yanaşı, beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi və prosesə ictimai nəzarətin gücləndirilməsini zəruri saydıqlarını bildiriblər. Tədbirdə koalisiyanın təsis sənədlərinin, fəaliyyət planının hazırlanması, yerli və beynəlxalq təşkilatlarla əlaqələr qurulması və başqa məsələlərin həlli üçün işçi qrup yaradılıb.

Xəbər lenti

Xəbər lenti