...

Oqtay Əsədov İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yosef Şaqalı qəbul edib

Siyasət Materials 16 May 2006 16:55 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov mayın 16-da İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yosef Şaqalı qəbul edib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Oqtay Əsədov ölkələrimiz arasındakı dostluq münasibətlərinin qədim tarixindən danışıb, Azərbaycanda İsraillə əlaqələrin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayıb. O bildirib ki, ölkəmizdə çoxlu yəhudi yaşayır və onlar Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Sonra Milli Məclisin sədri parlamentlərarası əlaqələrin inkişaf perspektivindən danışıb.

Yosef Şaqal doğma Bakıda müşahidə etdiyi inkişafdan, buraya səfərindən məmnunluğunu söyləyib. O, Azərbaycanda indi də davam edən tolerantlığın səviyyəsini yüksək qiymətləndirib və bunun digər ölkələr üçün örnək olduğunu bildirib. Xatırladıb ki, hazırda İsraildə Azərbaycandan getmiş yüz mindən çox yəhudi yaşayır və onlar Azərbaycan həqiqətlərinin İsrail və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar.

Sonra görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, dünyanın digər ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız arasındakı münasibətlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti