...

Andres Herkel: Mənim Azərbaycanda keçirilmiş təkrar parlament seçkilərinin nəticələri ilə bağlı Leo Platovoetin rəyinə şübhə etməyə əsasım yoxdur

Siyasət Materials 16 May 2006 17:18 (UTC +04:00)
Andres Herkel: Mənim Azərbaycanda keçirilmiş təkrar parlament seçkilərinin nəticələri ilə bağlı Leo Platovoetin rəyinə şübhə etməyə əsasım yoxdur

Mənim mayın 13-də Azərbaycanda 10 seçki dairəsi üzrə keçirilmiş təkrar seçkilərin nəticələri ilə bağlı AŞPA müşahidə missiyasının rəhbəri Leo Platovoetin rəyinə şübhə etməyə əsasım yoxdur. Bu barədə Trend ə eksklüziv olaraq AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkel bildirib.

O qeyd edib ki, müxtəlif məsələlər, o cümlədən seçkilərin nəticələri ilə bağlı vəziyyəti öyrənmək üçün mayın 25-də həmməruzəçi Andreas Qrossla birlikdə Bakıya gəlmək niyyətindədir. Onun hökumət, müxalifət, hüquq mühafizə təşkilatları nümayəndələri, yerli müşahidəçilər, o cümlədən dustaqlarla görüşü nəzərdə tutulub.

Səfərin nəticələri iyunun sonunda AŞPA-nın yay sessiyasında açıqlanacaq.

Xatırladaq ki, Leo Platvoet Bakıda təkrar seçkilərdən sonra bəyan edib ki, səsvermə prosesində irəliləyiş müşahidə olunub. O, seçicilərin siyahısının dəqiqliklə tərtib olunmasını yüksək qiymətləndirib. "Biz seçicilərin siyahıya daxil edilməməsi ilə bağlı cəmi bir neçə hal qeydə aldıq ki, bunlar da vaxtında məhkəmə qaydasında həll olundu",- deyə L.Platvoet qeyd edib.

Xəbər lenti

Xəbər lenti