...

Azərbaycan prezidenti Kiyevə səfər edəcək

Siyasət Materials 16 May 2006 18:46 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev təxminən mayın 22-23-də GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) sammitində iştirak etmək üçün Kiyevə səfər edəcək. Bu barədə Trend ə Azərbaycan prezidentinin icra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov eksklüziv məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan bu təşkilatın yaradıcılarından biridir. "GUAM ilk növbədə, müəyyən regionda iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində ölkələrin, xüsusilə də, İpək yolu üzərində yerləşən dövlətlərin maraqlarının üst-üstə düşdüyü strukturdur. Bu gün GUAM qarşısında müəyyən məsələləri, eləcə də, GUAM-ın qarşıya qoyduğu funksiyaların genişləndirilməsi, güclü təşkilat kimi beynəlxalq arenada təqdim olunması üzrə vəzifəni müzakirə etmək durur. Bununla əlaqədar, müəyyən təkliflər var və GUAM rəhbərləri bir neçə Avropa və Asiya dövlətinin başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini sammitdə iştiraka dəvət ediblər", - deyə N.Məmmədov qeyd edib.

O bildirib ki, sammitdə GUAM-ın strukturlarının gücləndirilməsi üçün mühüm addımlar qəbul ediləcək və onun səmərəli təşkilata çevrilməsi məqsədilə bir sıra məsələlərin həlli gözlənilir.

Xəbər lenti

Xəbər lenti