...

Budapeştdə Azərbaycan parlamentinə təkrar seçkilər müzakirə olunacaq

Siyasət Materials 16 May 2006 20:44 (UTC +04:00)

Mayın 17-19-da Budapeştdə Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan haqları monitorinq komitəsinin və milli azlıqların hüquqları üzrə alt komitənin iclası keçiriləcək. Bu barədə Azərbaycan parlamentinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycanın nümayəndə heyətinə Milli Məclisin beynəlxalq və parlamentlərarası əlaqələr üzrə daimi komissiyanın rəhbəri, Azərbaycanın AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov başçılıq edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlar Gültəkin Hacıyeva, Qənirə Paşayeva və Aydın Abbasov daxildir.

Görüşdə Avropa Birliyinin qanunlarında ikili standartlar məsələsinin həllini, milli və etnik azlıqların vəziyyəti, AB və beynəlxalq hüquq, Azərbaycanda təkrar parlament seçkiləri, Serbiyadakı vəziyyət və digər məsələlər müzakirə olunacaq. Azərbaycanlı deputatlar gündəlikdə müzakirə olunan məsələlərlə bağlı öz mövqelərini ifadə edəcəklər.

Xəbər lenti

Xəbər lenti