...

ABŞ Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığın əldə olunma imkanlarını nikbin qiymətləndirir

Siyasət Materials 17 May 2006 12:08 (UTC +04:00)

ABŞ Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığın əldə olunma imkanlarını nikbin qiymətləndirir. Trend in xəbər verdiyi kimi, bu barədə çərşənbə axşamı konqresdə çıxışı zamanı dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Metyu Brayza bəyan edib. "Keçmişlə müqayisədə hər iki tərəf razılıq əldə olunmasına çox yaxındır", - deyə amerikalı diplomat qeyd edib.

Onun sözlərinə görə, hər iki ölkə hökuməti qalmış ziddiyyətləri aradan qaldırmaq üçün siyasi mətanət göstərməlidir. Biz hesab edirik ki, növbəti bir neçə ayda real imkanlar vardır ", - deyə o əlavə edib.

ABŞ prezidenti Corc Buş tərəfindən bu ölkənin Azərbaycandakı səfiri postuna namizədliyi irəli sürülmüş Enn Ders bəyan edib ki, Vaşinqtonda qarşıdakı həftələrdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında qarşılıqlı faydalı sülh razılaşmasının əldə olunacağına ümid var. "Biz danışıqlar prosesinin ən mühüm mərhələsindəyik. Cari ildə danışıqlar yolu ilə razılaşmanın əldə olunması istiqamətində imkanlar açılır. Zorakılığa əl atmaq isə faciə olardı", - deyə amerikalı nümayəndə qeyd edib. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti