...

Mayın 24-25-də ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti Bakıya səfər edəcək

Siyasət Materials 17 May 2006 12:57 (UTC +04:00)

Mayın 24-də Rusiya Federasyası xarici işlər nazirinin müavini Vladimir Karasin Bakıya gələcək. Bu barədə Trend ə Rusiya XİN-in mətbuat xidmətindən məlumat verilib.

Səfər iki gün davam edəcək və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi ətrafında yaranmış vəziyyətin müzakirəsinə həsr olunacaq.

Mətbuat xidmətindən o da bildirilib ki, V.Karasinlə birgə Fransa XİN-in siyasi məsələlər üzrə direktoru Stanislas D'Labule və ABŞ dövlət katibinin köməkçisi Daniel Frid də Bakıya gələcək.

Həmçinin, ATƏT-in Minsk qrupu həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Stiven Mənn (ABŞ) də Azərbaycana səfər edəcək.

Ermənistan XİN başçısı Vardan Oskanyan bildirib ki, mayın 25-26-da ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistana səfər edəcək.

Xəbər lenti

Xəbər lenti