...

Misirin XİN başçısı Bakıya səfər edəcək

Siyasət Materials 17 May 2006 13:17 (UTC +04:00)

Misirin xarici işlər naziri Əhməd Əbül Qeytin Bakıya səfəri gözlənilir. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Misirin XİN başçısının iyunun 18-19-da Bakıda keçiriləcək İslam Konfransı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısında iştirak etmək üçün Azərbaycana səfər edəcəyi gözlənilir.

Misir bu toplantıda yüksək səviyyədə iştirak etməyi planlaşdırır.

İclas çərçivəsində Əhməd Əbül Qeyt Azərbaycan tərəfi və təşkilata üzv olan digər ölkələrin nümayəndə heyətləri başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti