...

Regional məsələlər daimi komissiyasının iclası keçirilib

Siyasət Materials 17 May 2006 13:20 (UTC +04:00)

Mayın 17-də Milli Məclisin regional məsələlər daimi komissiyasının növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda bir sıra məsələlərlə yanaşı "İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında əsasnamə"nin təsdiq edilməsi barədə AR qanunu müzakirə edilib. Gündəlikdə duran məsələlərlə bağlı adıçəkilən komissiyanın sədri Arif Rəhimzadə çıxış edib.

Qeyd olunub ki, sözügedən əsasnamə Torpaq Məcəlləsinin 104-cü maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən yaradılan müvafiq xüsusi komissiyaların fəaliyyətinə şamil olunmur. Komissiyanın yaradılmasının məqsədi AR-nın inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı yaranan mübahisələrin həlli üçün rəy hazırlayıb Milli Məclisə təqdim etməkdən ibarətdir. Komissiyanın yaradılması üçün aralarında ərazi məsələləri üzrə mübahisə olan inzibati ərazi vahidlərindən ən azı biri Milli Məclisə müraciət etməlidir. Komissiya inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisəyə 30 gün ərzində baxır. Zərurət olduqda müddət komissiyanın qərarı ilə 30 gün də uzadıla bilər. Bir sıra müzakirələrdən sonra əsasnamənin təsdiq edilməsi MM-ə tösiyə olunub.

Xəbər lenti

Xəbər lenti