...

Əli Abbasov: Azərbaycan İranla teleradiokanalların efir məkanına qanunsuz müdaxilənin qarşısının alınması barədə sənəd imzalayacaq

Siyasət Materials 17 May 2006 14:58 (UTC +04:00)
Əli Abbasov: Azərbaycan İranla teleradiokanalların efir məkanına qanunsuz müdaxilənin qarşısının alınması barədə sənəd imzalayacaq

Qonşu ölkələrin teleradiokanallarının müdaxiləsi problemi Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli Elmlər Akademiyasının İnformasiya İnstitutu tərəfindən hazırlanan yeni sistemin tətbiqi ilə aradan qaldırılacaq. Trend in məlumatına görə, bu barədə mayın 17-də rabitə naziri Əli Abbasov məlumat verib. Sistem yaxın vaxtlarda tətbiq ediləcək.

İnstitut tərəfindən reallaşdırılan layihə özündə Azərbaycanın rəqəm relyefi xəritəsini nəzərə almaqla antenn-fider qurğularının və teleradio ötürücülərinin layihələşdirilməsində istifadə olunan SR- 4 proqram təchizatı əsasında yayım zonasını modelləşdirən və vizuallaşdıran proqram təminatının işlənməsin nəzərdə tutur.

Nazir, həmçinin, bildirib ki, əsas məqsəd qonşu dövlətlərin kanallarının Azərbaycanın efir məkanına sivil yollarla müdaxiləsinin qarşısını almağı nəzərdə tutur. Bu məqsədlə Rabitə Nazirliyi yaxın vaxtlarda İranla iki ölkənin sərhəd zonasında yerləşən kanalların nizamlanması üzrə sənəd imzalayacaq.

"Lakin burada kanalların vurulmasından heç bir söhbət getmir. Hazırda bütün dünyada bu ölçüdən istifadə olunmur. Onun tətbiq olunacağı halda Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələri ciddi şəkildə nəzərə alınmalıdır.

Xəbər lenti

Xəbər lenti